Qurban Qurbanovdan etiraz: "Başlarına dəysin, bizə lazım deyil" - Video

Qurban Qurbanovdan etiraz: "Başlarına dəysin, bizə lazım deyil" - Video
Futbol, Video
31 Oktyabr 2020 - 22:00
Supersport.Az Avropa Liqasının qrup mərhələsində İstanbulda "Vilyarreal"la oyunun ardından "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun kəskin etirazını videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis, Rusiyada direktoru erməni olan "Matç TV"də (Матч ТВ) "Qarabağ"ın oyunlarının canlı yayımlanmasına qadağa qoyulmasına sərt münasibət bildirib:

"Onlardan başqa nəsə gözləmək də düzgün olmaz, düşük fikirlərdir. Başlarına dəysin, bizə lazım deyil. Azərbaycanda, Türkiyədə istədiyimizdən də artıq oyunlarımızı göstərirlər. Onların göstərməsi lazım da deyil. Onlar barədə heç danışmaq da istəmirəm".

Digər xəbərlər