Azərbaycan İdman Jurnalistləri rus kanalının çirkin əməlini pislədi

Azərbaycan İdman Jurnalistləri rus kanalının çirkin əməlini pislədi
Futbol, Digər
31 Oktyabr 2020 - 23:00
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) rusiyalı həmkarlarına müraciət edib.

Supersport.Az xəbər verir ki, müraciət "Matç TV"nin "Qarabağ" klubunun Avropa Liqasındakı oyunlarını yayımlamaqdan imtinası ilə bağlı edilib.

"Bugünlərdə Rusiyanın idman televiziya kanalı "Matç TV" Azərbaycanın Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubunun Avropa Liqasındakı oyunlarını yayımlamamağa qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb.

Azərbaycanda idman jurnalistlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, "Qarabağ"ın oyunlarının yayımlanmasına qadağa Ermənistanı "incitmək" istəməməkdən qaynaqlanır. "Qarabağ" Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir".

Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu "bəyənməməsi" ilə əlaqədar "Qarabağ"ın matçlarının Rusiya telekanalında nümayiş olunmasına qadağa Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir:

"Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər".

AİJF "Matç TV"nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və bu mövqeyə qəti şəkildə etirazını bildirir.

Digər xəbərlər