Qurban Qurbanov: "Ordumuz soyuqda düşmənə qarşı vuruşur, biz futbolu düşünürük"

Qurban Qurbanov: "Ordumuz soyuqda düşmənə qarşı vuruşur, biz futbolu düşünürük"
Futbol
29 Oktyabr 2020 - 10:57

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Türkiyənin İstanbul şəhərində İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyun öncəsi “A Spor” telekanalına müsahibə verib.


Supersport.Az xəbər verir ki, o, güclü komandaya qarşı oynayacaqlarını deyib:

"Türk qardaşlarımızı salamlayıram. Matça gəldikdə, yaxşı komandaya qarşı oynayacağıq. La Liqanın liderlərindən birinə qarşı matçımız olacaq. Baxmayaraq ki, bizim Avropa təcrübəmiz var. Ancaq İspaniya və Azərbaycan futbolu arasında fərq bir az çoxdur. Hər bir halda futbolçularım istəklidir. İnşallah, yaxşı oyun nümayiş etdirmək istəyirik".

Q.Qurbanov Türkiyədə oynayacaqları üçün sevincli olduqlarını bildirib:

"Sivasspor"un da matçlarına baxmışıq. Hər bir halda güclü qazanandır. "Sivasspor"la matç ərzində bir başqa, oyundan kənar daha fərqli olacağıq. Yenə də daha yaxından, daha qardaş olacağıq. "Sivasspor"u da yaxşı bir matç gözləyir. Bu dördlükdə həm onlara, həm də bizə uğurlar arzulayıram".

"Qarabağ"ın çalışdırıcısı daha sonra vurğulayıb:

"Çox çətindir. Ölkədə müharibə gedir, biz isə burada "Vilyarreal"a qarşı matça çıxacağıq. Əsgərlərimiz soyuqda düşmənə qarşı vuruşur, amma biz futbol haqqında düşünürük. Biz heç vaxt özümüzü tək hiss etmədik".

48 yaşlı mütəxəssis bildirib ki, Türkiyə hər zaman Azərbaycana dəstək olub: "Türkiyəli qardaşlarımız ilk gündən bizim yanımızda oldular. Bütün türk xalqına dərin təşəkkürümü bildirirəm. Qarabağ müharibəsi başlayandan bu günə qədər yanımızdadırlar. Düşünürəm ki, sonadək bu cür davam edəcək. Belə olan halda biz özümüzü güclü hiss edirik. Bizim üçün nə qədər çətin olsa da, işimiz, peşəmiz budur. Vəzifəmizi layiqincə yerinə yetirməliyik".

Bir müddət əvvəl Azərbaycan əsgərlərindən birinin Xankəndi şəhərində "Qarabağ" və "Qalatasaray" komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı istəyinə münasibət bildirən təcrübəli baş məşqçi bunları söyləyib:

"Həmin çıxışı izləmişəm, çox duyğulandım. Çox istərdik ki, torpaqlarımız tezliklə azad olunsun. Qarabağ torpaqlarında tək "Qalatasaray"la yox, Türkiyə komandaları ilə matçlar keçirək və birliyimizi bütün dünyaya göstərək".

Digər xəbərlər