“Qarabağ” qardaş ölkəyə oyundan iki gün əvvəl gedir

“Qarabağ” qardaş ölkəyə oyundan iki gün əvvəl gedir
Futbol
27 Oktyabr 2020 - 07:00

Supersport.Az-a Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Vilyarreal”ı Türkiyədə qəbul edəcək “Qarabağ”ın səfər proqramı məlum olub.


Azərbaycanın səkkizqat çempionu, qardaş ölkəyə bu gün yollanacaq. Ağdam klubunu Bakıdan səfərə aparacaq təyyarənin 17:00-da havaya qalxacağı üç saat sonra İstanbulda olacağı gözlənilir.


Qeyd edək ki, İstanbulda keçiriləcək “Qarabağ” - “Vilyarreal” oyunu oktyabrın 29-da ölkəmizin vaxtıyla 20:55-də başlayacaq.


Digər xəbərlər