“Qarabağ”la “Sivasspor” uğursuz başladı

“Qarabağ”la “Sivasspor” uğursuz başladı
Futbol
23 Oktyabr 2020 - 00:53
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, 12 qrupda 24 görüş keçirilir.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da yer aldığı I qrupunda ilk oyunda İsraildə “Makkabi”nin qonağı olub. Meydan sahibi komanda 1 qolla qalib gəlib.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda isə 7-ci dəfə qrupda yarışan Qurban Qurbanovun komandasının uğurlu başlanğıc etmək niyyəti alınmayıb.

Qrupun digər oyununda “Vilyarreal” “Sivasspor”u məğlub edib.

22 oktyabr

Avropa Liqası

Qrup mərhələsi

I qrupu

23:00. “Makkabi” (Təl-Əviv) – “Qarabağ” (Azərbaycan) 1-0 

Qol: Kohen 10

Baş hakim: Con Biton (Şotlandiya)

Təl-Əviv. “Blumfeld” stadionu

23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) 5-3 

Qollar: Kubo 13, Bakka 20, Foyt 57, Alkaser 74, 78 - Kayode 33, Yatabare 43, Qradel 64

Digər xəbərlər