“Barselona” uddu, PSJ uduzdu

“Barselona” uddu, PSJ uduzdu
Futbol
21 Oktyabr 2020 - 08:00
Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.

G qrupunda “Yuventus” səfərdə Kiyev “Dinamo”suna 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda “Barselona” Macarıstan“Ferentsvaroş"unu darmadağın edib - 5:1.

Günün maraqla gözlənilən digər qarşılaşması H qrupunda olub. Burada PSJ və “Mançester Yunayted” klubları üz-üzə gəlib. Matç İngiltərə təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” “Leyptsiq”in qonağı olub və uduzub - 0:2.

Qrup mərhələsinin digər oyunları bu gün keçiriləcək.

20 oktyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

F qrupu

20:55 "Zenit" (Rusiya) – "Brügge" (Belçika) - 1:2
Qollar:
Dennis, 63 (0:1), Horvath, 74-avtoqol (1:1), Ketelaere, 90+3 (1:2)

23:00 "Latsio" (İtaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 3:1
Qollar:
İmmobile, 6 (1:0), Hitz, 23-avtoqol (2:0), Holand, 71 (2:1), Akpa-Akpro, 76 (3:1)















































1Latsio1100313
2Brügge1100213
3Zenit1001120
4Borussiya Dortmund1001130

G qrupu

20:55 "Dinamo" (Kiyev, Ukrayna) – "Yuventus" (İtaliya) - 0:2
Qollar: Morata, 46, 84

23:00 "Barselona" (İspaniya) – "Ferentsvaroş" (Macarıstan) - 5:1
Qollar:
Messi, 27-pen (1:0), Fati, 42 (2:0), Koutinyo, 52 (3:0), Kharatin, 70-pen (3:1), Pedri, 82 (4:1), Dembele, 89 (5:1)
Qırmızı vərəqə: Pike, 68 ("Barselona")















































1Barselona1100513
2Yuventus1100203
3Dinamo Kiyev1001020
4Ferentsvaroş1001150

 E qrupu

23:00 "Renn" (Fransa) – "Krasnodar" (Fransa) - 1:1
Qollar: Qirassi, 56-pen (1:0), Ramires, 59 (1:1)

23:00 "Çelsi" (İngiltərə) – "Sevilya" (İspaniya) - 0:0

 















































1Krasnodar1010111
2Renn1010111
3Çelsi1010001
4Sevilya1010001

H qrupu

23:00 PSJ (Fransa) – "Mançester Yunayted" (İngiltərə) - 1:2
Qollar: Fernandes, 24-pen (0:1), Marsial, 55-avtoqol (1:1), Reşford, 87 (1:2)

23:00 "Leyptsiq" (Almaniya) – "Başakşəhər" (Türkiyə) - 2:0
Qollar
: Angelino, 16, 20















































1Leyptsiq1100203
2Mançester Yunayted1100213
3PSJ1001120
4Başakşəhər1001020

21 oktyabr

A qrupu

20:55. "Zalsburq" (Avstriya") - "Lokomotiv" (Moskva, Rusiya)
23:00. "Bayern" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

B qrupu

20:55. "Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "İnter" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya)

C qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Portu" (Portuqaliya)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Marsel" (Fransa)

D qrupu

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)
23:00. "Midtyulland" (Danimarka) - "Atalanta" (İtaliya)

Digər xəbərlər