"Qarabağ"ın oyununa azarkeş buraxılacaq

"Qarabağ"ın oyununa azarkeş buraxılacaq
Futbol
19 Oktyabr 2020 - 17:51
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sivasspor"un ev oyunlarına azarkeş buraxıla bilər.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir yerli mətbuata açıqlamasında bu haqda bildirib.

O, Superliqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacaq.

Qeyd edək ki, "Sivasspor" "Qarabağ"la qrup mərhələsinin 3-cü turunda üz-üzə gələcək. Görüş noyabrın 5-də Sivasda keçiriləcək.

 

Digər xəbərlər