"Sumqayıt"dan rekord

"Sumqayıt"dan rekord
Futbol
19 Oktyabr 2020 - 11:55
Azərbaycan Premyer Liqasının lideri "Sumqayıt" klub tarixinin rekorduna imza atıb.

Supersport.Az-ın PFL-in saytına istinadən məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. "Sumqayıt" bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.

 

Digər xəbərlər