"Azərbaycanın ərazisindən işğalçı ermənilər çıxarılmalıdır!" - Mesut Özilin tələbi

"Azərbaycanın ərazisindən işğalçı ermənilər çıxarılmalıdır!" - Mesut Özilin tələbi
Futbol, Foto
14 Oktyabr 2020 - 22:15
Supersport.Az-ın məlumatına görə, İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Azərbaycana dəstək verib.

32 yaşlı yarımmüdafiəçi bu barədə sosial hesabında paylaşım edib.

Türk əsilli oyunçu Özil "Tək millət, iki dövlət" ifadəsindən istifadə edərək, bütün dünyanın Dağlıq Qarabağ bölgəsinin qanuni, beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi olduğu və qanunsuz olaraq erməni ordusu tərəfindən işğal olunduğu həqiqətinin fərqinə varılmasının vacibliyini qeyd edib.

2008-ci ilin martında BMT Baş Məclisinin Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və erməni qüvvələrinin çəkilməsinin vacibliyi barədəki qərarı təsdiqlədiyini xatırladan futbolçu, "Sizə xatırlatmaq istəyirəm ki, BMT Baş Məclisinin qətnaməsi qüvvədədir və hamı tərəfindən tanınmalıdır" deyib.

Məsut Özil sülh mühitinin təmin edilməsinin mühüm olduğunu vurğulayıb:

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmaların ciddi şəkildə narahatlıq doğurduğu, beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi barədə BMT başda olmaqla əksəriyyətin paylaşdığı düşüncəni dəstəkləyirəm. Sülhə dəstək olaq, bir belə qarşıdurmanın olmadığı daha ədalətli bir gələcək üçün çalışaq".

Digər xəbərlər