Millimizin kapitanı: "Əsgərlərimizə dəstək olmağa çalışacağıq"

Millimizin kapitanı: "Əsgərlərimizə dəstək olmağa çalışacağıq"
Futbol
09 Oktyabr 2020 - 20:24
"Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq".

Supersport.Az xəbər verir ki, bu sözləri millimizin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun Monteneqro ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi rəqibi yaxşı təhlil etdiklərini bildirib:


"Onların oyunlarını izləmişik. Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik".

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər xəbərlər