"Qalib gəlib Azərbaycan bayrağını qaldırmalıyıq"

"Qalib gəlib Azərbaycan bayrağını qaldırmalıyıq"
Futbol
09 Oktyabr 2020 - 20:21
"Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi vəziyyətdir. Buna baxmayaraq, maksimum dərəcədə konsentrasiyalı olmağa çalışırıq. Sabahkı oyun bizim üçün vacibdir. Qrup birincisi olmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq".

Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqro ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında belə deyib.
63 yaşlı italiyalı mütəxəssis start heyəti bugünkü məşqdən sonra müəyyənləşdirəcəyini bildirib.


"Monteneqro böyük keyfiyyətlərə malik komandadır: "Çoxlu oyunçuları xaricdə çıxış edir, təcrübəli və gənclərdən ibarət heyətə malikdirlər. İki oyunda balansı qorumağa çalışacağıq. Kim etibarlı çıxış etsə, növbəti oyunda da yer alacaq. Rəqibi yaxşı analiz etmişik. Kim az səhvə yol versə, o da qalib gələcək".

De Byazi futbolçuların cəbhədə baş verənlərlə bağlı narahat olduğunu sözlərinə əlavə edib:

"Fikrimcə, buna ən yaxşı cavab gözəl oyun göstərib, Azərbaycan bayrağını qaldırmaq olar".

 

Digər xəbərlər