Azərbaycan futbolçusunu mənfur ermənilər öldürdü

Azərbaycan futbolçusunu mənfur ermənilər öldürdü
Futbol
28 Sentyabr 2020 - 20:14
AFFA Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində  həlak olan Şəhriyar Qurbanovla bağlı FIFA və UEFA-ya müvafiq məktublar ünvanlayıb.

Supersport.Az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda bildirilib:

"Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.
Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb".

Digər xəbərlər