Mübariz Mənsimovun “Xəzər Lənkəran”ın stadionunu satmaq istəyi: 5 milyona

Mübariz Mənsimovun “Xəzər Lənkəran”ın stadionunu satmaq istəyi: 5 milyona
Futbol, Eksklüziv
22 Sentyabr 2020 - 16:00
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, 4 il əvvəl əsas komandası dağılan “Xəzər Lənkəran”ın stadionu satışa çıxarılıb. Məlumatda bildirilir ki, idman qurğusunun qiyməti 5 milyon manatdır.

Klubun, Lənkəran şəhər stadionunun keçmiş direktoru Höccət Hacıyev saytımıza açıqlamasında gələcəkdə belə fikrin olacağını deyib:

“Hələ ki, stadion satılmır. Hazırda burada klubun bir neçə aşağı yaş qrupunda futbolçuları məşq edir. Gələcəkdə ola bilər ki, stadion satılsın. Hansı qiymətə satılacağını deyə bilmərəm. Bununla bağlı qərarı fəxri prezident Mübariz Mənsimov verəcək”.

Bir müddət əvvəl M.Mənsimov Türkiyədə həbs olunub.

Qeyd edək ki, “Xəzər Lənkəaran” klubu 2004-cü ildə yaradılsa da ilk mövsümdən iddiasını ortaya qoyub. Bir dəfə Azərbaycan çempionu, üç dəfə ölkə kubokunu, bir dəfə isə Birlik Kubokunu qazanıb.

“Xəzər Lənkəran” Mərkəzi Stadionuna (“Fırtınalar meydanı”na) gəlincə, 11 avqust 2006-cı ildə istifadəyə verilib. İdman qurğusu Mübariz Mənsimova məxsus olan “Palmali” şirkətlər qrupunun maliyyə vəsaitiylə tikilib. Stadionun tutumu 15 min yerlikdir və 15 milyondan çox dollar xərclənib. Arenanın açılışında ölkə prezidenti İlham Əliyevlə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov iştirak edib.


Stadionda keçirilən ilk oyunda Lənkəran klubu “Neftçi”ni 2:1 hesabıyla məğlub edib.






 


 

Digər xəbərlər