Millimizdən irəli addım

Millimizdən irəli addım
Futbol
17 Sentyabr 2020 - 15:33
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, hesabat dövründə keçirilən oyunlar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Millimiz  ötən ayla müqayisədə 1179 xalla 2 pillə irəliləyərək 112-ci sıraya yüksəlib.
Millətlər Liqasında evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazinin baş məşqçisi olduğu komanda  1179 xalla 112 pillədə qərarlaşıb. Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdür (1712).

Digər xəbərlər