“Neftçi” yenidən güclənəcək

“Neftçi” yenidən güclənəcək
Futbol, Eksklüziv
11 Sentyabr 2020 - 16:13
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Neftçi” yenidən heyətini gücləndirəcək.

Azərbaycan klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bu haqda məlumat verib.

“Neftçi” daha bir futbolçunun cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir. Yaxın günlərdə yeni oyunçunun transferi gözlənilir.

Xatırladaq ki, “Neftçi” yay fasiləsində Cabir Əmirli, Fəhmin Muradbəyli (icarədən qayıdıb), Yusuf Laval, Sabir Buqrin, Rener Alves De Souza, Talisson Diaz, Prins İbaranı heyətinə cəlb edib.

 

 

 

Digər xəbərlər