“Adımı klubun tarixinə yazdırmaq istəyirəm”

“Adımı klubun tarixinə yazdırmaq istəyirəm”
Futbol
10 Sentyabr 2020 - 12:31


"Keşlə"nin yeni tansferi Alvaro Tavareş Bakı klubuna keçidini şərh edib.

Supersport.Az xəbər verir ki, brazilyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında komandasının xoşuna gəldiyini bildirib:

"Keşlə" üçün faydalı və vacib bir oyunçu olacağımı ümid edirəm. Burada uzun müddət qalmaq istəyirəm. "Keşlə"yə keçdiyim üçün xoşbəxtəm. Klubun infrastrukturu xoşuma gəldi. Uğurlu olacağımı və adımı klubun tarixinə yazdıracağıma ümid edirəm".

Qeyd edək ki, 25 yaşlı futbolçu 2020/2021 mövsümünün sonuna kimi "Keşlə"də oynayacaq.


Digər xəbərlər