“Qarabağ”ın legionerinə kiprlilərdən dəstək

“Qarabağ”ın legionerinə kiprlilərdən dəstək
Futbol
10 Sentyabr 2020 - 08:55
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Larnakada “Molde”ni sınağa çıkəcək “Qarabağ”ın yeni transferi Uroş Matiç Kipr mətbuatının diqqət mərkəzinə düşüb.

“Apoel”in keçmiş oyunçusuyla bağlı “Matiç yenidən Kiprdə!” başlıqlı xəbər verilib: “Qarabağ”ın heyətində serb futbolçu “Molde”yə qarşı mübarizə aparacaq!”

Qarşılaşma sentyabrın 16-da, saat 21:00-da başlayacaq.

Xatırladaq ki, püşkə əsasən, oyun Bakıda keçirilməli idi. Lakin “Molde” klubu Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək matçın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA haqsız olaraq, rəqib komandanın istəyini nəzərə alıb.

 

Digər xəbərlər