"Qarabağ" - "Molde": UEFA nə vaxt qərar verəcək?

"Qarabağ" - "Molde": UEFA nə vaxt qərar verəcək?
Futbol
08 Sentyabr 2020 - 10:00
Supersport.Az-a daxil olan məlumatda bildirilir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" - "Molde" oyununun məkanı, tarixi yaxın günlərdə açıqlanacaq.

Püşkün nəticəsinə görə, qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulsa da, Norveç klubu ölkəsində karantin qaydalarını əsas göstərərək, matçın neytral meydanda təşkilini istəyir.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmalıdır.

"Molde" respublikamızdan qayıtdıqdan sonra ölkəsində 10 gün karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət edib. Azərbaycan çempionu Avropa futbol qurumuna, rəqib komandaya faktlarla oyunun Bakıda keçirilməsinin labüd olduğunu bildirib. UEFA "Molde"nin işinin asanlaşdırılması üçün Norveç hökümətinə müraciət ünvanlasa da, hələ ki, cavab almayıb. Bu səbəbdən oyunun konkret tarixi və məkanı müəyyən olunmayıb.

UEFA üçüncü təsnifat mərhələsinin 7 matçıyla bağlı açıqlama versə də, "Qarabağ" - "Molde" qarşılaşmasıyla bağlı qərar gecikdirilir.

Avropa futbol qurumunun qarşıdakı iki gün ərzində bu oyunla əlaqədar məlumat verəcəyi bildirilir.

Digər xəbərlər