"Neftçi" - "Qalatasaray" oyununa hakim təyinatları

"Neftçi" - "Qalatasaray" oyununa hakim təyinatları
Futbol
07 Sentyabr 2020 - 12:28
Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Qalatasaray” oyunu üçün hakim təyinatları müəyyənləşib.

Supersport.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

Digər xəbərlər