Millimiz məğlubiyyətlə başladı

Millimiz məğlubiyyətlə başladı
Futbol
05 Sentyabr 2020 - 21:52
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu milli komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib.

64 yaşlı italiyalı mütəxəssisin millidə ilk sınağı uğursuz olub. Yığmamız məğlub olub.

Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alıb.

Komandanın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.

Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasıyla qarşılaşacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq 1-2 

Qollar: Ramil Şeydayev 43 - Anton Krivotsyuk 48-avtoqol, Gerson Rodriges, 72-pen

Qırmızı vərəqə: Mahir Emreli, 25 - birbaşa qırmızı vərəqə (Azərbaycan)

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.

Digər xəbərlər