İtaliya xal itirdi, Niderland 1 qolla qalib gəldi

İtaliya xal itirdi, Niderland 1 qolla qalib gəldi
Futbol
05 Sentyabr 2020 - 07:56
Bu gün UEFA Millətlər Liqasında 1-ci turun növbəti oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç oynanılıb.

A liqasının 1-ci qrupunda İtaliya Bosniya və Herseqovina ilə qollu heç-heçə edib. Niderland isə Polşaya qalib gəlib - 1:0.

Azərbaycan millisinin yer aldığı C liqasında isə Litva Qazaxıstana, Belarus Albaniyaya 0:2 hesabı ilə uduzub.

A liqası

1-ci qrup

22:45. İtaliya – Bosniya və Herseqovina - 1:1
Qollar: Stefano Sensi, 67 - Edin Ceko, 58

22:45. Niderland – Polşa - 1:0
Qol:
 Stiven Berqveyn, 61

B liqası

1-ci qrup

22:45. Norveç - Avstriya - 1:2
Qollar
: Erlinq Holann, 66 - Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54-pen

22:45. Rumıniya – Şimali İrlandiya - 1:1
Qollar
: Corce Puşkaş, 25 - Qevin Uayt, 86

2-ci qrup

22:45. Şotlandiya - İsrail - 1:1
Qollar
: Rayan Kristi, 45 - Eran Zahavi, 73

22:45. Slovakiya – Çexiya - 1:3
Qollar
: İvan Şrants, 88 - Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53-pen, Mixael Krmençik, 86

C liqası

4-cü qrup

20:00. Litva - Qazaxıstan - 0:2
Qollar:
 Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86

22:45. Belarus - Albaniya - 0:2
Qollar
: Sokol Çikalleşi, 23, Keidi Bare, 79

Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu bu gün Bakıda Lüksemburqa qarşı keçirəcək.

Digər xəbərlər