Messi qərarını verdi: Bartomeunun klub idarəçiliyi fəlakətdir

Messi qərarını verdi: Bartomeunun klub idarəçiliyi fəlakətdir
Futbol
05 Sentyabr 2020 - 00:52
“Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard elə Barselona komandasında qalacaq.

Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:

“Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.

Digər xəbərlər