"Qalatasaray" "Neftçi"yə cavab verdi - Foto

"Qalatasaray" "Neftçi"yə cavab verdi - Foto
Futbol, Foto
31 Avqust 2020 - 16:47
Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaq "Neftçi" və "Qalatasaray" sosial şəbəkədə mesajlaşıb.

Supersport.Az xəbər verir ki, əvvəlcə Azərbaycan təmsilçisi "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını edib.



Türkiyə klubu isə buna cavab olaraq  Azərbaycan dilində "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb.

Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" “Qalatasaray”ı Bakıda qəbul edəcək.




Digər xəbərlər