"Şerif"in baş məşqçisi: "Qarabağ"ın qrupa düşməsini arzulayıram" - Video

"Şerif"in baş məşqçisi: "Qarabağ"ın qrupa düşməsini arzulayıram" - Video
Futbol, Video
26 Avqust 2020 - 23:15


"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

Supersport.Az xəbər verir ki, Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında belə deyib.

46 yaşlı mütəxəssis "Qarabağ"ın güclü futbolçularının olduğunu söyləyib:


"İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi".

Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib:

"Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram".

Baş məşqçi qırmızı vərəqə alan futbolçu Anatol Abanqa cəza verib-verməyəcəyi barədə hələ düşünmədiyini vurğulayıb.

"Şerif"in çalışdırıcısı bundan əvvəlki mətbuat konfransında olduğu kimi bu dəfə də "Qarabağ"ın oyunçusu Qara Qarayevi fərqləndirib:

"Meydanın mərkəzində çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur".

Anar Cəfərov


Digər xəbərlər