"Qarabağ" "Şerif"i 2 qolla keçdi - Video

"Qarabağ" "Şerif"i 2 qolla keçdi - Video
Futbol, Video
26 Avqust 2020 - 21:50
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyununda "Qarabağ" Bakıda Moldova "Şerif"ini sınağa çəkib. Azərbaycan çempionu 2 qolla qalib gələrək mərhələ adlayıb.


Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

"Şerif" artıq üçüncü dəfə avrokuboklarda "Qarabağ"a rəqib idi. Bundan əvvəlki görüşlərdə Azərbaycan çempionu Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) “Qarabağ” növbəti dəfə Avroliqanın pley-offunda Tiraspol təmsilçisiylə qarşılaşıb. 2018/19 mövsümündəki duellərdə də Ağdam klubu üstün olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

Bugünkü oyunun qalibi "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Məğlub olan "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) 2-1


Qollar: Uroş Matiç, 22-pen, Mahir Emreli 63 - Kastaneda Veles 78


Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)


Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər xəbərlər