"Qarabağ" qələbə ilə başladı

"Qarabağ" qələbə ilə başladı
Futbol, Video
22 Avqust 2020 - 21:51
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib.  Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.


Xatırladaq ki, dünən keçirilən iki görüşlə çempionatda 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.


Əlavə edək ki,  koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir.


22 avqust (şənbə)


20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qol: 
Mahir Emreli, 45, 58
“Azersun Arena”


23 avqust (bazar)


19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu


21 avqust


20:30. “Neftçi” – “Səbail” - 2:1

18:30. “Sumqayıt” – “Keşlə” - 0:1

Digər xəbərlər