“Sevilya”nın Avroliqada 6-cı zəfəri - Video

“Sevilya”nın Avroliqada 6-cı zəfəri - Video
Futbol, Video
21 Avqust 2020 - 23:09
Avropa Liqasında 2019/20 mövsümü bu gün yekunlaşıb.


Supersport.Az xəbər verir ki, futbol turnirinin finalında “Sevilya” ilə Milan “İnter”i üz-üzə gəlib.



 İspaniya klubu 3:2 hesabı ilə qalib gələrək rekord sayda - 6-cı dəfə bu turnirin qalibi olub.

Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.




Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.

21 avqust

Avropa Liqası

Final

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya) - 3:2


Qollar: Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)


Baş hakim: Denni Makkeli


Almaniya, Köln. "Reyn Energi" stadionu.







Digər xəbərlər