“Qarabağ” “Sabah”dan qisas aldı

“Qarabağ” “Sabah”dan qisas aldı
Futbol
11 Avqust 2020 - 21:51
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” bu gün növbəti yoxlama oyununda “Azersun Arena”da "Sabah"la qarşılaşıb.

Matç saat 20:00-da başlayıb.

“Qarabağ” 2 qolla qalib gəlib. İlk qolu penaltidən serbiyalı yeni transfer Uroş Matiç vurub. “Qarabağ”dan Mahir Emreli də fərqlənib.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə paytaxt klubu 2:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), "Qarabağ"a (2:1), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.

Yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları koronavirus səbəbindən qapalı keçirilir. Sınaq matçlarında iki komandadan başqa digər şəxslər iştirak etmir.

11 avqust

20:00. “Qarabağ” – “Sabah” 2-0 


Qollar: Uroş Matiç 31-pen, Mahir Emreli 85

“Azersun Arena”

Digər xəbərlər