"Qarabağ" favorit olsa da, kişi kimi oynayaraq təəccübləndirməyə çalışacağıq"

"Qarabağ" favorit olsa da, kişi kimi oynayaraq təəccübləndirməyə çalışacağıq"
Futbol
09 Avqust 2020 - 15:21
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Sileks"in direktoru Draqan İvanov açıqlama verib. 

Şimali Makedoniya klubunun idarəçilərindən biri ölkəsinin mətbuatına bildirib ki, Azərbaycan klubu favoritdir: 

"Bizə kim rəqib düşsəydi, favorit oacaqdı. Bu, bir reallaqdır. "Qarabağ"ı təəccübləndirməyə çalışacağıq. Futbol meydanda oynanılır. Kimsə ümidimizi əlimizdən ala bilməz. "Qarabağ" favorit olsa da, Makedoniyanın layiqli təmsil etməyə çalışacağıq. Kişi kimi oynayaraq hamını təəccübləndirmək üçün bütün gücümüzü sərf edəcəyik. "Belasitsa" ilə oyundan sonra "Qarabağ"la qarşılaşmanı düşünəcəyik". 

 

 

Digər xəbərlər