“Keşlə” uğurlu məşqçi Tərlan Əhmədovu yola saldı

“Keşlə” uğurlu məşqçi Tərlan Əhmədovu yola saldı
Futbol
08 Avqust 2020 - 16:53
"Keşlə" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

Supersport.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

48 yaşlı mütəxəssisin başa çatan müqaviləsinin yenilənmədiyi bildirilib. Müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini isə məşqçi Zaur İsmayılov yerinə yetirəcək.

Qeyd edək ki, T.Əhmədov 2018-ci ildən "Keşlə"ni çalışdırırdı. Paytaxt təmsilçisi bu mövsüm onun baş  məşqçiliyi altında Premyer Liqada 20 oyundan sonra 30 xalla 3-cü yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb.

Digər xəbərlər