Türkiyə çempionu Avroliqadan kənarlaşdırıldı

Türkiyə çempionu Avroliqadan kənarlaşdırıldı
Futbol
06 Avqust 2020 - 00:27
Beş aydır ki, koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunub.

Supersport.Az xəbər verir ki, Avropa Liqasında 4 görüş keçirilir. Matçlat azarkeşlərsiz oynanılır.

İstanbulda "Kopenhagen"i minimal hesabla məğlub edən Türkiyə çempionu "Başakşəhər" bu dəfə rəqibi ilə səfərdə qarşılaşıb. Danimarka klubu 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

5 avqust

Avropa Liqası

 1/8 final 

“Kopenhagen” – “Başakşəhər” – 3:0 (ilk oyun – 0:1)

Qol: Jonas Vind, 4; 53-pen. Rasmus Falk, 62.

“Şaxtyor” – “Volfsburq” – 3:0 (ilk oyun – 2:1)

Qol: Junior Moraes, 89; 90+3. Manor Solomon, 90+1.

23:00 “İnter” – “Xetafe” 2-0

Qol: Romelu Lukaku 33, Kristian Eriksen 83.

23:00 “Mançester Yunayted” – LASK 2-1 (ilk oyun – 5:0)

Qollar: Cessi Linqard 57, Antoni Marsyal 88 - Filip Vizinger 55

Xatırladaq ki, martın 12-də oynanmalı olan“İnter” – “Xetafe” qarşılaşması koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Avroliqada bu mərhələnin daha 4 oyunu sabah keçiriləcək.

Çempionlar Liqasında 1/8 finalın cavab matçları isə avqustun 7 və 8-də oynanılacaq.

Digər xəbərlər