Robert Prosineçki: ''Ağlamaq, sızlamaq fayda verməyəcək''

Robert Prosineçki: ''Ağlamaq, sızlamaq fayda verməyəcək''
Futbol
26 İyul 2020 - 11:59


Supersport.Az-ın məlumatına görə, “Trabzonspor”a məğlubiyyətin ardından superliqayla vidalaşan “Kayserispor”un baş məşqçisi Robert Prosineçki uğursuzluğun səbəblərini açıqlayıb.


Millimizin keçmiş çalışdırıcısı olan xorvat mütəxəssis hakimləri günahlandırıb:

"Belə bir dramatik matçdan sonra danışmaq asan deyil. Təxminən 7.5 ay liqada qalmaq üçün inanılmaz dərəcədə çalışdıq. Superliqanı tərk edəcək deyilən komandayla sonadək mübarizə apardıq, son dəqiqədə superliqanı tərk etdik, şansımız gətirmədi. Çox qol fürsətlərini qaçırdıq. Həqiqətən söyləmək üçün söz tapa bilmirəm. Mən indiyə qədər VAR və hakimlər haqqında heç nə danışmamışam, hamı səhvlər haqda fikir bildirir. Komandamız, şəhər superliqadan düşməyə layiq deyildi. Çox məyusam, ancaq ağlamaq, sızlamaq fayda verməyəcək''.

Qeyd edək ki, "Kayserispor" son dəqiqədə qol buraxaraq "Trabzonspor"a 1:2 hesabıyla məğlub olub.

Digər xəbərlər