Azərbaycanın məşhur idmançısı Ayasofya məscidi üçün qurban kəsdi

Azərbaycanın məşhur idmançısı Ayasofya məscidi üçün qurban kəsdi
Digər
25 İyul 2020 - 12:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Araz Musayev qürurlandırıcı addım atıb.

Supersport.Az xəbər verir ki, o, Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsi münasibətilə qurbanlar kəsib.

"TRT Haber"ə müsahibə verən Araz Musayev Türkiyə dövlətini hər zaman dəstəklədiyini bildirib. Türküçülüyə olan sevgisini qabardan zabit, türk olduğundan fəxr duyduğunu bir daha vurğulayıb.

Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Ayasofya məscidinin muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib. Dünən 86 il sonra camidə namaz qılınıb.

 

Digər xəbərlər