“Qarabağ”dan üçüncü transfer - Foto

“Qarabağ”dan üçüncü transfer - Foto
Futbol, Foto
19 İyul 2020 - 12:43
“Qarabağ” Kevin Medinanı rəsmən transfer edib.

Supersport.Az-ın xəbərinə görə, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. “Xoş gəldin, Kevin Medina” deyə klubun paylaşımında bildirilir. 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi ilə 2+1 illik müqavilə imzalandığı qeyd edilir.

Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub.

Xatırladaq ki, “Qarabağ” daha əvvəl müdafiəçi Donald Gerye və qapıçı Emil Balayevi heyətinə qatıb.

Digər xəbərlər