"Qarabağ" yeni transferlərlə Qəbələdə: bəzi legionerlərsiz məşq

"Qarabağ" yeni transferlərlə Qəbələdə: bəzi legionerlərsiz məşq
Futbol
15 İyul 2020 - 08:00

Çempionlar Liqasında ölkəmizi ardıcıl 7-ci dəfə təmsil edəcək "Qarabağ" Qəbələdə hazırlaşacaq.


Supersport.Az-a daxil olan xəbərə görə, səkkizqat çempion dünən rayona gedib və bir müddət əyalətdə məşq edəcək. Azərbaycan premyer liqasının qalibinin heyətində yeni transferlərdən Emil Balayevlə Donald Gerye də komandanın düşərgəsindədir.


Ağdam klubunun digər futbolçuları - Miçel, Xayme Romero və onun qardaşı Daniel Romeronun isə İspaniyadan nə zaman qayıdacağı bilinmir.


"Qarabağ" Avrokubokda digər təmsilçilərimiz - "Neftçi", "Keşlə", "Sumqayıt"la yoxlama oyunları keçirməyi nəzərdə tutub.

Digər xəbərlər