"Zirə" baş məşqçini istefaya göndərdi

"Zirə" baş məşqçini istefaya göndərdi
Futbol
01 İyul 2020 - 05:37
"Zirə" baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.


Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.


Klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.


"Zirə" PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.


Qeyd edək ki, "Zirə" Z.Həşimovun rəhbərliyi altında koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

 Z.Həşimov 2019-cu ilin oktyabrında Bakı təmsilçisinə baş məşqçi təyin edilmişdi.

Digər xəbərlər