"Qarabağ" keçmiş futbolçularını qaytarır - Riçard Almeydayla bağlı açıqlama

"Qarabağ" keçmiş futbolçularını qaytarır - Riçard Almeydayla bağlı açıqlama
Futbol
29 İyun 2020 - 15:49
"Qarabağ" keçmiş futbolçularından Emil Balayev, Donald Geryeni yenidən komandaya cəlb etmək üçün danışıqlar aparır.

Supersport.Az-a bu məlumatı səkkiqat ölkə çempionunun baş meneceri Asif Əsgərov verib.

Klub rəsmisi bildirib ki, hər iki futbolçuyla danışıqların nəticəsi yaxın günlərdə məlum olacaq. Tərəflərin razılığa gələcəyi gözlənilir.

Baş menecer, Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydayla bağlı suala cavabda "Qarabağ"ın gündəmində Riçiard Almeydanın transfer məsələsi yoxdur" deyib.

"Zirə"ylə müqaviləsi başa çatan Emil Balayevin "Qarabağ"a keçəcəyi haqda "transfermarkt" portalında qeyd edilib.


26 yaşlı qapıçı, son mövsüm erməni Qriqori Babayanın Qazaxıstanın "Tobol" klubuna baş məşqçi təyin olunmasından sonra komandadan ayrılıb.


Azərbaycan millisinin qolkiperi Emil Balayev karyerasında "Neftçi", "Sumqayıt", "Araz-Naxçıvan", Almaniyanın "Ayntraxt", "Qarabağ", "Səbail", Qazaxıstan "Tobol", "Zirə" klubunun formasını geyib. O, 2012-2013-cü il mövsümündə "Neftçi"ylə çempion, ölkəkubokunun qalibi olub.


Haitili yarımmüdafiəçi Donald Geryeyə gəlincə, "Qarabağ"da iki dəfə çempion olmasının ardından "Neftçi"yə keçib. Ötən il 1+1 il müddətinə müqavilə bağlayan 31 yaşlı futbolçuyla qarşılıqlı razılşama əsasında yollar ayrılıb.

Gerye Haitinin "Violett" (2009-2011), "Amerika de Ke" (2011-2013), Polşanın "Visla" Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor" (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olan futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

 

Digər xəbərlər