Klopp: "Liverpul"un bütün yarışların qalibi olacağına söz vermirəm"

Klopp: "Liverpul"un bütün yarışların qalibi olacağına söz vermirəm"
Futbol
28 İyun 2020 - 12:24
Supersport.Az-ın məlumatına görə, 30 il sonra İngiltərədə yenidən çempionluğu qazanan, Çempionlar Liqasının qalibi "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

53 yaşlı alman mütəxəssis bildirib ki, komandası bu uğurla kifayətlənmək niyyətində deyi:

"Biz bu uğurla dayanmayacağıq. Qələbələrimizi sıralamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Mən indidən yarışların hamısının qalibi olacağımıza söz vermirəm. Ancaq çalışacağıq ki, oynadığımız futbolun səviyyəsini maksimum yüksəldək. Rəqiblər də getdikcə güclənir. "Mançester Siti" möhtəşəm komandadır". 

Xatırladaq ki, "Liverpul" 19-cu dəfə premyer liqanın qalibi olub.

Digər xəbərlər