"Sabah"da “1 nömrə”ylə 1 illik müqavilə

"Sabah"da “1 nömrə”ylə 1 illik müqavilə
Futbol
26 İyun 2020 - 17:47
"Sabah" qapıçısı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti 1 il uzadılıb.

2018-ci ildən "Sabah"ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa "Sabah"da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.

Digər xəbərlər