"Qarabağ" braziliyalıları yola saldı

"Qarabağ" braziliyalıları yola saldı
Futbol
22 İyun 2020 - 13:17
"Qarabağ" üç futbolçusu - qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yolları ayırdığını rəsmən açıqlayıb.

Supersport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçuların başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"da çıxış edirdi. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə də vidalaşıb.

Digər xəbərlər