"Qarabağ"ın 8-ci çempionluq kuboku - Video

"Qarabağ"ın 8-ci çempionluq kuboku - Video
Futbol, Video
22 İyun 2020 - 10:47
Supersport.Az səkkizqat ölkə birincisi "Qarabağ"ın mükafatlandırma mərasimindən videogörüntü təqdim edir.


Ağdam klubuna çempionluq kubokunu, medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. Pandemiya səbəbindən mükafatlandırma mərasimində iştirakçı sayı məhdud olub. "Azersun Arena"da baş tutan, tədbirdə "Qarabağ" klubu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli ilə təmsil olunub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əvvəlcə çıxış edərək Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün qalibi "Qarabağ"ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Bunun ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafatı alıb. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib.

Sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj olub. Komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.

 

 

Digər xəbərlər