"Qarabağ" "Neftçi"yə çatdı

"Qarabağ" "Neftçi"yə çatdı
Futbol
18 İyun 2020 - 16:09
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb.

Supersport.Az xəbər verir ki, mövsümün qalibi hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Buna əsasən, ən yaxın izləyicisi "Neftçi"ni 8 xal qabaqlayan "Qarabağ" Azərbaycan çempionu elan edilib.

Bununla da Ağdam təmsilçisi çempionluq sayına görə paytaxt komandasına çatıb. Hazırda hər iki klubun ehtiyatında 8 Azərbaycan çempionluğu var.

"Neftçi" 1992, 1995–96, 1996–97, 2003–04, 2004–05, 2010–11, 2011–12, 2012–13 mövsümündə birinci yeri tutub. "Qarabağ" isə 1993, 2013–14, 2014–15, 2015–16, 2016-17, 2017-18, 2018-19 və 2019-20 mövsümü üçün Azərbaycan milli çempionatının qalibi olub. Bu, eyni zamanda Qurban Qurbanovun rəhbərliyi ilə Ağdam klubunun ardıcıl 7-ci çempionluğudur.

Maraqlıdır ki, hər iki komanda eyni sayda - 6 dəfə ölkə kubokunu qazanıb. "Neftçi" 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014-cü il mövsümündə bu mükafata yiyələnib.

"Qarabağ" 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017-ci illərdə kuboka sahib çıxıb.

Digər xəbərlər