"Sənin məzarın bizim qəlbimizdədir" - Allahverdi Bağırovla bağlı paylaşım - Şəkillər

"Sənin məzarın bizim qəlbimizdədir" - Allahverdi Bağırovla bağlı paylaşım - Şəkillər
Futbol
14 İyun 2020 - 21:59


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

Supersport.Az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib. O, “Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib.

Millimizin forvardı, üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.

Qeyd edək ki, A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.

Digər xəbərlər