İslam dininə sevgi artır: Muhamməd Salahın fədakarlığı

İslam dininə sevgi artır: Muhamməd Salahın fədakarlığı
Futbol
18 İyun 2020 - 11:30

Dünyada silahları, büdcəsi, gücləriylə fəxr edən bəzi ölkələr işğalçılıq siyasəti aparır, hər gün günahsız insanlara zülm edir, onların haqsız yerə qanının tökülməsinə səbəb olur. Çirkin əməllərindən əl çəkməyən, qatil, vəhşi, terrorçu, erməniləri də dəstəkləyən zalım rəhbərlər, həm də sülh dini - İslamın əleyhinə təbliğatı davam etdirir. Uca Allah Qurani Kərimdə bütün insanlara faydalı olmağı, ədalətli davranmağı, sərvətlərin düzgün paylanmasını və s. qanunların vacib olduğunu bəyan edib. Zalımlar, müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik, düşmənçilik, kin bəsləyir, siyasətlərini bunun üzərində qurur, işğal etdikləri ölkələrin insanlarını öldürür, sərvətlərini talayırlar. Bu azmış kimi utanmadan dünyada haqq-ədalətdən də "dəm vururlar".


Dünyanın ulduz futbolçularından olan Muhamməd Salah müsbət hərəkətləriylə İslam dininə düşmən münasibəti göstərən bəzi insanların fikirlərini dəyişib.  


Çempionlar Liqasının qalibi "Liverpul"un misirli oyunçusu addımlarıyla İngiltərənin Liverpul şəhərində İslamofobi ("İslam qorxusu") olaylarının 18,9 faiz azalmasına səbəb olub.


Supersport.Az-ın məlumatına görə, Stanford Universitetinin araşdırmasına əsasən, belə qənaətə gəlinib. "Liverpul" azarkeşlərinin İslam dininə qarşı paylaşımlarının digər premyer liqa klublarıyla müqayisədə 50 faiz azaldığı bildirilib.   


Üç il əvvəl "Roma"dan 34 milyon funt sterlinqə "Liverpul"a keçən Muhamməd Salah, 144 oyunda 91 qol vurub. 


Ötən mövsüm komandasıyla Çempionlar Liqasının qalibi olan 27 yaşlı misirli futbolçu, bu sezon Premyer Liqanın çempionluğu üçün gün sayır. 

Digər xəbərlər