“Neftçi” “Keşlə”ylə qarşılaşacaq

“Neftçi” “Keşlə”ylə qarşılaşacaq
Futbol
10 İyun 2020 - 12:09
Premyer Liqaya hazırlıqlarını davam etdirən “Neftçi” və “Keşlə” bu gün yoxlama oyununda qarşılaşacaqlar.

Supersport.Az xəbər verir ki, 8-ci km stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Oyun "CBC Sport" telekanalında canlı yayımlanacaq.

10 iyun

Yoxlama görüşü

18:00. “Neftçi” - “Keşlə”
“Bakcell Arena”

Qeyd edək ki, komandalar mövsümün sonuna 8 tur qalmış turnir cədvəlinin qonşu pillələrində qərarlaşıblar. “Neftçi” 37 xalla 2-ci, “Keşlə” 30 xalla 3-cüdür.

Digər xəbərlər