"Qarabağ"dan "Sabah"a 5 zərbə - Video

"Qarabağ"dan "Sabah"a 5 zərbə - Video
Futbol, Video
09 İyun 2020 - 23:00
Azərbaycanda uzun fasilədən sonra futbol oyunları bərpa olunub.

Premyer Liqaya hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün Masazırda "Sabah"la yoxlama oyunu keçirib. Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra ilk matç olub.

Supersport.Az xəbər verir ki, Bakı klubunun meydanında keçirilən görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.


Oyuna sürətli başlayan "Qarabağ" matçın 3-cü dəqiqəsində Mahir Emreli ilə hesabı açıb. 15-ci dəqiqədə komanda hesab arasında fərqi ikiyə çatdırıb. Xayme möhtəşəm zərbəylə hesabı 2:0 edib. 37-ci dəqiqədə isə Ozobiç üçüncü qolu vurmaqla ilk hissənin hesabını müəyyənləşdirib. Matçın 65-ci dəqiqəsində isə Mahir Emreli özünün ikinci, komandasının dördüncü qolunu vurub. Oyunun sonlarında Ovusu Kvabena hesabı 5:0 edib.

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, (13. Vaqner da Silva, 45), 2 Qara Qarayev, 5. Maksim Medvedev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), (4. Rahil Məmmədov, 45),  17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç,30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

65-ci dəqiqədə meydana daxil olanlar: 24, Nihad Tamazov, 23. Rerras Faysal, 3. Ailton Silva, 8. Miçel, 21. Hacıağa Hacılı,28. Daniel Romero, 71. Toral Bayramov, 7. Araz Abdullayev, 27. Ovusu Kvabena

"Qarabağ"ın iyunun 14-ü "Səbail"lə yoxlama oyunu planlaşdırılıb.

9 iyun

Yoxlama oyunu

"Sabah" - "Qarabağ" - 0:5

Qollar: Mahir Emreli, 3, Xayme Romero, 14, Filip Ozobiç, 36, Mahir Emreli, 65, Ovusu Kvabena, 90

 

Digər xəbərlər