Nazir Azad Rəhimovdan koronavirus qalibi jurnalistə xüsusi diqqət

Nazir Azad Rəhimovdan koronavirus qalibi jurnalistə xüsusi diqqət
Digər, Eksklüziv
08 İyun 2020 - 19:49
Gənclər və idman naziri Azad Rəhimov koronavirusa qalib gələn azərbaycanlı idman jurnalisti Anar Cəfərsoyla maraqlanıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Supersport.Az portalının təsisçisi, baş redaktoruna zəng edib.

O, nazir Azad Rəhimovun idman jurnalistinə anasının dünyasının dəyişməsiylə bağlı fikirlərini çatdırıb. Gənclər və İdman Nazirliyi mərhumənin vəfatından kədərləndiyini bildirib, dərin hüznlə başsağlığı verib.

Nazirlik, idman jurnalistinə fəaliyyətində uğurlar arzulayıb, hərtərəfli dəstəyini nümayiş etdirib.

Baş redaktor, buna görə nazir Azad Rəhimova dərin təşəkkür etdiyini bildirib.

Xatırladaq ki, Supersport.Az-ın rəhbərinə Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Mətbuat Şurasıyla yanaşı, “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail”, “Qəbələ” klubları, Peşəkar Futbol Liqası, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Qarabağ”ın direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, “Neftçi”nin prezidenti Kamran Quliyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev, sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev, “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov, bundan başqa digər idman qurumları başsağlığı, həmçinin hərtərəfli dəstək veriblər. “Sabah”ın serb qolkiperi Saşa Stamenkoviç də idman jurnalistini diqqətdə saxlayıb.

Digər xəbərlər