"Real"ın keçmiş vitse-prezidenti koronavirusdan öldü

"Real"ın keçmiş vitse-prezidenti koronavirusdan öldü
Futbol
06 May 2020 - 05:57
"Real"ın keçmiş vitse-prezidenti Amador Suares 76 yaşında koronavirusdan ölüb.

Supersport.Az xəbər verir ki, sabiq funksioner bu xəstəliyə 40 günlük mübarizənin yekununda təslim olub.

Suares 2006-cı ildə paytaxt təmsilçisinə direktor, 2007-ci ildə vitse-prezident təyin olunub. 2009-cu ildə isə o, postunu tərk edib.

Martda koronavirus infeksiyasından "Real Madrid"in keçmiş prezidenti Lorenso Sans dünyasını dəyişib. Kluba 1995 - 2000-ci illərdə rəhbərlik etmiş Sans da 76 yaşında vəfat edib.

Digər xəbərlər