110 milyon avro - idman qurumlarına ayrıldı

110 milyon avro - idman qurumlarına ayrıldı
Futbol
02 May 2020 - 12:27
Supersport.Az-ın məlumatına görə, Avropa ölkəsi koronavirus pandemiyasıyla əlaqədar idman qurumlarına böyük məbləğdə vəsait ayırıb.

Niderland hökuməti 110 milyon avro yardım etməyə qərar verib.

Bu ölkədə 1 milyon 200 mindən çox futbolçu, idmanın şahı sayılan sahədə 3000 klubun olduğu bildirilir.

Hökumət 90 milyon avronu idman klublarına icarə xərci olaraq (1 mart - 1 iyun 2020-ci il), 20 milyon isə infrastrukturu olan komandalara verəcək.

"Niderlandın unikal idman strukturunu itirmək olmaz. Bu, bizim vətəndaşlar, onların sağlamlığı və sosial fəallığı üçündür" - deyə, Niderlandın həvəskar futbolunun direktoru Yan Dirk van der Zee bildirib.

 

 

Digər xəbərlər