Avropada çempionatları erkən başa çatan ölkələr artır

Avropada çempionatları erkən başa çatan ölkələr artır
Futbol
02 May 2020 - 10:54
Niderlandla Fransanın ardından Avropanın daha bir ölkəsində futbol mövsümü vaxtından əvvəl yekunlaşıb.

Supersport.Az xəbər verir ki, 2019/20 mövsümü Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə davam etdirilməyəcək. Bu haqda Cəbəllütariq Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb hökumətin assosiasiyaya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirməsidir.

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. Altı komandanın yarışdığı liqadan turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən birinci pillədəki "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" da Avropa Liqasında çıxış edəcək.

Digər xəbərlər